Nəriman Axundzadə milliyə niyə çağırılmayıb? - Səbəbi açıqlandı

neriman-axundzade-milliye-niye-cagirilmayib-sebebi-aciqlandi-1710597216
|
|

Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədov yığmanın “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstan milli komandalarına qarşı keçirəcəyi oyunlar haqqında danışıb.

Referans.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, əvvəlcə Anton Krivotsyuk və Mahir Emrelinin yığmanın heyətinə daxil edilməməsinin səbəbini açıqlayıb:

“Anton Krivotsyuk və Mahir Emrelinin heyətdə olmaması zədə ilə bağlıdır. Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti təlim-məşq toplanışlarına çağıraq. Yeni simalara gəlincə, Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır".